Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" bürodakı mənbələrə istinadən yazır.
Məlumata görə, bir çox işçi baş verənlərdən o qədər narahatdır ki, işdən çıxarılacaqlarını gözləyərək əvvəlcədən əşyalarını yığıblar. Agentlər deyirlər ki, mövcud vəziyyətə görə şöbədə iş səngiyib.
Nəşr yazır ki, ABŞ Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin təzyiqi ilə FTB-nin onlarla yüksək rütbəli əməkdaşı artıq öz vəzifələrini itirib. İndi büronun hesabat verdiyi departament 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumun və Trampla bağlı işlərin araşdırılmasında iştirakına görə işdən çıxarıla biləcək minlərlə agentin siyahısını tərtib edir. WSJ-nin məlumatına görə, bir çox əməkdaşlara 6 yanvar hadisələrində rollarını göstərməli olduqları məcburi sorğu anketləri göndərilib