RU

"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

Bakı, 7 fevral, AZƏRTAC

2024-cü ili “Azərpoçt” 73,5 milyon manatla xalis mənfəətlə başa vurub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev 2024-cü ilin maliyyə göstəriciləri ilə bağlı keçirilən brifinqdə deyib.

“2022-ci ildən başlayaraq “Azərpoçt” yeni rəqəmsal həllər və innovasiyaları tətbiq etməklə son üç ili xalis gəlir ilə başa vurub. Artıq son 3 ildir ki, cəmiyyət hesabat ilini xalis mənfəət ilə başa vurur və maliyyə dayanıqlılığını təmin edir. 2024-cü ildə EBİTDA göstəricisi 9,9 milyon manat, xalis mənfəət göstəricisi isə 4,5 milyon manat olub”, - deyə İsi Mustafayev bildirib.

Qeyd olunub ki, “Azərpoçt”da 2021-ci ildən başladılan köklü dəyişikliklər və transformasiya prosesləri cəmiyyətin maliyyə göstəricilərinin yaxşılaşdırılmasına səbəb olub.

Cəmiyyət 2020-ci ili 7,7 milyon manat zərər ilə başa vurmasına baxmayaraq 2024-cü ildə 4,5 milyon manat xalis mənfəət əldə edib. Belə ki, 2020-ci ilə nisbətdə “Azərpoçt”un xalis mənfəəti 158 faiz artıb.

Избранный
51
4
azertag.az

10Источники