RU

Tramp Rusiyaya qarşı sanksiyaları ikiqat artıracaq

Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları ikiqat artırmağa hazırdır. 

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bunu Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

 

Kelloqun sözlərinə görə, ABŞ Rusiya iqtisadiyyatına zərər vurmaq üçün daha ağır tədbirlər görmək imkanına sahibdir. On ballıq şkala ilə mümkün sanksiyaların ağırlıq dərəcəsini qiymətləndirən Kelloq deyib ki, yeni sanksiyalar 3 səviyyəsində olacaq. 

 

Xüsusi nümayəndə sanksiyaların hədəfinin enerji sektoru olacağını da vurğulayıb. Kelloqun sözlərindən belə aydın olub ki, Rusiyanın enerji sektoruna yönələn sanksiyalar ən azı iki dəfə ağırlaşdırıla bilər:

 

“Müharibəni dayandırmaq üçün iqtisadi, diplomatik, hərbi təzyiqlərlərdən, bir sözlə hər şeydən istifadə etməliyik".

 

Bununla belə, Kelloq hesab edir ki, Rusiya və Ukrayna arasında danışıqlar olmadan müharibə bitməyəcək.

 

 “Açığını deyim ki, istənilən danışıqlarda hər iki tərəf təslim olmalıdır. Danışıqlar belə gedir. Bu hamı üçün məqbul olacaqmı? Yox. Amma siz balans tapmağa çalışırsınız",- xüsusi nümayəndə vurğulayıb.

 

Vasif

Избранный
25
sfera.az

1Источники