RU

Pezeşkian: İran müharibə və nüvə silahı yaratmağa can atmır

GünazTV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xarici diplomatlarla görüşündə deyib.

"Biz nüvə silahı yaratmağa çalışmırıq. Bunu yoxlamaq sadə işdir”, - o söyləyib. İran prezidenti əlavə yoxlamalara etiraz etmədiyini deyib.

Qeyd edək ki, Amerika Maliyyə Nazirliyi İranın neft gəlirlərindən nüvə proqramını maliyyələşdirmək, ölümcül ballistik raketlər və pilotsuz təyyarələr istehsal etmək üçün istifadə etməyə davam etdiyini bildirərək yeni sanksiyalar tətbiq etdi. “Birləşmiş Ştatlar İranın bu bədxah fəaliyyətləri maliyyələşdirmək üçün istənilən səylərinə aqressiv şəkildə müqavimət göstərməyə sadiqdir"- məlumatda qeyd edilib. İran Prezidenti Məsud Pezeşkianın nüvə silahı ilə bağlı verdiyi açıqlama ABŞ Maliyyə Nazirliyinin yeni sanksiya qərarına reaksiya kimi qiymətləndirilir. 

Pezeşkian vurğulayıb ki, nüvə silahı və kütləvi qırğın silahlarından istifadə rejimin doktrinası və Ayətullah Əli Xameneinin fətvası ilə qadağan edilən əməl - günahsız insanların öldürülməsidir. Buna baxmayaraq İran uranın zənginləşdirilməsi prossesinə davam edir. 

visiontv.az



Избранный
30
visiontv.az

1Источники