RU

Azərbaycan kubokunda 20 ilin antirekordu

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb.

Publika.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyunlarında dörd qolun vurulması ilə yaranıb.

“Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçında isə hesab açılmayıb.

Peşəkar Futbol Liqasının məlumatına görə, 2004/2005 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol vurulub.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” qarşılaşmaları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

Избранный
79
24
publika.az

10Источники