RU

Agentlik: Gecə boyu və səhər yolların qardan təmizlənməsi işləri aparılıb - VİDEO

Agentlik:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışmağa davam edir. Agentlikdən 1news.az-a bildirilib ki, bölgələrdə agentliyin xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan, buzlaşan yollara öncədən qartəmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.
Gecə boyu və səhər saatlarında Yardımlı, Lerik, Qusar, Quba, Şamaxı və digər rayonlar üzrə bütün avtomobil yolları nəzarətdə saxlanılıb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur”, - deyə agentliyin məlumatında bildirilir.

Избранный
58
16
1news.az

10Источники