RU

Ukrayna qoşunları Kursk vilayətində hücuma keçib: Nə baş verir?

Eyni xəbəri biz 5 yanvarda eşitmişdik və USQ-nin lokal hücumunu müşahidə etsək də, demək olar ki, 48 saat ərzində hücum əməliyyatı dayandı. Niyə?

Yanvarın əvvəlində Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq Kiyevə səfər etməli idi.

Lakin Kelloq səfərini təxirə salmalı oldu, çünki planın ilkin versiyası hələ tam hazır deyil idi.

İndi isə gələn həftədən etibarən Trampın münaqişənin dondurulması planının müzakirəsi üçün 14 günlük intensiv diplomatik səfərlər başlayır və buna görə USQ yenidən eyni manevri təkrarlamağa qərar verdi.

Kursk vilayətində bu cür hücum əməliyyatların informasiya məkanında psixoloji təzyiq baxımından böyük əhəmiyyəti var. Hücum edən tərəf üçün danışıqlar aparmaq həmişə daha rahat olur, başqa sözlərlə diplomatiya masasında hücum edən tərəfin mənəvi-psixoloji üstünlüyü olur.

Bu səbəbdən də yanvarın əvvəlində Kelloqun gözlənilən səfəri ərəfəsində USQ hücuma keçdi və səfər təxirə salınan kimi hücum da təxirə salındı. İndi də Kelloqun səfəri gözlənilir deyə USQ Kursk vilayətində rezervləri cəmləşdirərək hücuma keçib.

Kamran Cəfərov

visiontv.az



Избранный
23
visiontv.az

1Источники