RU

Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Ukrayna göndərilən humanitar yardıma görə AzərbaycanRespublikası Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadəedir.

Trend xəbərverir ki, bunu Azərbaycanın Ukraynaya növbəti humanitar yardımıngöndərilməsi zamanı bu ölkənin Azərbaycandakı səfirinin iqtisadiməsələlər üzrə müşaviri Oleq Klinçenko bildirib.

“Ukrayna dövləti və Ukrayna xalqı Ukrayna üçün nəzərdə tutulanlayihə çərçivəsində göstərilmiş növbəti humanitar yardımpartiyasına görə Azərbaycana, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə dərin təşəkkürünü ifadə edir”, - deyə Klinçenkobildirib.

O, həmçinin, qeyd edib ki, ölkələr arasında münasibətlər möhkəmdayaqlara söykənir. Azərbaycan və Ukraynanın ortaq hədəfləri var:regional sabitliyi və sülhü təmin etmək və inkişaf etdirmək.

Bundan başqa, Klinçenko vurğulayıb ki, ölkələr arasında iqtisadivə ticari əməkdaşlıq inkişaf etməyə davam edir və həm Azərbaycana,həm də Ukraynaya əhəmiyyətli mənfəət gətirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin humanitar yardımın göstərilməsi ilə bağlı 5 fevral 2025-ciil tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasında istehsalolunan elektrik avadanlığının alınması və göndərilməsi üçün 1milyon dolların manat ekvivalentində vəsait ayrılıb.

İlkin humanitar yardım partiyasına elektrik kabelləri, naqillərvə transformatorlar daxildir. Ukraynanın müraciətinə əsasən, butədarüklər müharibədən zərər çəkmiş ərazilərdə sabit elektrikenerjisi təchizatının bərpası üçün nəzərdə tutulub.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanın Ukraynayabərpa və humanitar məqsədlərlə göstərdiyi ümumi yardımın məbləği 40milyon ABŞ dollarını keçib. 2025-ci ilə qədər Ukraynaya elektrikavadanlıqları çərçivəsində təxminən 120 transformator və komplekttransformator məntəqəsi, təxminən 70 generator, eləcə də, 3,3milyon metrdən çox kabel və naqil göndərilib.

Məqalədə:
Избранный
51
5
az.trend.az

6Источники