RU

İspaniya kubokunun yarımfinalçıları müəyyənləşdi

İspaniya kubokunun yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub. 

Fanat.Az xəbər verir ki, 1/4 final qarşılaşmalarında qalib olan 4 komanda - "Barselona", "​​Real Madrid", "Atletiko Madrid" və "Real Sosyedad" kubok uğrunda mübarizəni davam etdirəcəklər. 

Ölkə kubokunun yarımfinal mərhələsinin püşkatma mərasimi çərşənbə günü, fevralın 12-nə təyin edilib. 

Xatırladaq ki, ötən mövsüm kuboku Bilbao "Atletik"i qazanıb. Bask komandası final görüşündə "Malyorka"ya qalib gəlib. 

İspaniya kubokunda qələbələrin sayına görə rekordçu "Barselona"dır. Kataloniyalılar 31 dəfə turnirin qalibi olublar. "Real Madrid"in hesabında 20 qələbə var.

Mirağa

Избранный
11
fanat.az

1Источники