RU

Məhkəmə valyuta vəsaitlərini xaricdən qaytarmayan şirkəti cərimələyib

"Franks İnternational Middle East (Bvi) LTD Şirkəti"nin Azərbaycandakı filialı cərimələnib.

"Franks İnternational Middle East (Bvi) LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı üçün cərimələnib.

Operativ Media-nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir. 

Избранный
43
1
operativmedia.az

2Источники