RU

Kürdəmir rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 7-də Kürdəmir rayon prokurorluğunun yeni inzibatibinası istifadəyə verilib.

Trend xəbərverir ki, açılış mərasimində Azərbaycan Respublikasının Başprokuroru Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə,həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşlarıqatılıb.

Əvvəlcə Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevinşəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əzizxatirəsini ehtiramla yad edib.

Daha sonra yeni inzibati binanın foyesində ulu öndər HeydərƏliyevin büstü önünə gül dəstələri qoyularaq, dahi insanınunudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşlarınınqatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyevqeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlananvə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindənuğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlətdəstəyi nəticəsində milli prokurorluq orqanlarının bu gün dünyastandartlarına uyğun fəaliyyəti təşkil olunub.

Qeyd edilib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusionstatusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüməhəmiyyət daşıyır.

Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli”ndə prokurorluqorqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdarhadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluqorqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Başprokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluqorqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeydedib.

Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleksislahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədiləgörülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarınınəməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokurorAzərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səyləçalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Tədbir zamanı, həmçinin, Kürdəmir rayon icra hakimiyyətininbaşçısı Elxan İbrahimov çıxış edərək, yeni inzibati binanın təhvilverilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərəkonlara uğurlar arzulayıb.

Kürdəmir rayon prokuroru Tural İbrahimov çıxış edərək,göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, insanhüquq və azadlıqlarının müdafiəsi naminə rayon prokurorluğununəməkdaşları ilə birgə yorulmaz fəaliyyət göstərəcəklərini qeydedib.

Daha sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yenitikilmiş binada yaradılan şəraitlə tanış olub.

Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş,müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarlatəchiz olunmuş xidməti avtomobillərə baxış keçirib.

Sonda xatirə fotoşəkli çəkilib.

Kürdəmir
Kürdəmir
Kürdəmir
Kürdəmir
Kürdəmir
Kürdəmir
Kürdəmir
Kürdəmir
Kürdəmir
Избранный
13
12
az.trend.az

10Источники