RU

“RUS EVİ”NİN BAĞLANMASI ŞOVİNİSTLƏRƏ “OD QOYUR” - Zatulin, Primakov, Zaxarova və onların sahibləri nədən narahatdır?

Artıq çoxlarının yadından çıxıb ki, hələ 8 il əvvəl, 2017-ci ilin əvvəlində Rusiyadakı azrbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tamamilə uydurma və əsassız bəhanələrlə(guya Rusiya qanunvericiliyini pozub) Kreml tərəfindən ləğv edildi. Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin bununla bağlı iddiasını təmin edərək, rəsmi qeydiyyatı olan ÜAK-ın fəaliyyətinə xitam verdi.

Həmin vaxt Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Əli Hüseynli Rusiyada rəsmi sayı yüz minlərlə ölçülən, əslində isə milyonu keçən azərbaycanlılara qarşı bu qərara sərt münasibət bildirmişdi: "Araşdırsaq görərik ki, Rusiyanın özünün də qanunvericiliyində müəyyən səhvlər var. Eyni zamanda, “Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var. Amma bizim Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir və onun ləğvi barədə heç düşünmür. Ancaq Rusiyanın Ədliyyə Nazirliyinin heç bir əsas olmadan və gözlənilmədən bu qurumun ləğvi ilə bağlı qərar verməsi bizdə suallar yaradır”.

Избранный
24
azpolitika.info

1Источники