Atəşkəsə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir.
İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı iki Hizbullah hərbi obyektinə dəqiq hava zərbələri endirdiyini açıqlayıb.
Vurulan hədəflərdə Hizbullaha məxsus silahların olduğu və "atəşkəsi pozduğu" iddia edilən bəyanatda bu ifadələr yer alıb : "İsrailə qarşı bütün təhdidləri aradan qaldırmaq üçün əməliyyatlarımızı davam etdiririk. İsrail atəşkəs razılaşmasına uyğun olaraq Hizbullah terror təşkilatının öz gücünü bərpa etmək cəhdinin qarşısını alacaq".
Sosial mediada paylaşılan və Bekaa vadisində vurulduğu bildirilən görüntülərdə İsrail ordusunun dağlıq əraziyə hava hücumu təşkil etdiyi görülüb.