“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”.
“Bakuinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik”.