İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İbrahim oğlu Quliyevin meyitinin qalıqları Cəbrayıl rayonuna gətirilib.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
M.Quliyev Horovlu kənd qəbiristanlığında dəfn olunacaq.