RU

Borca görə dostunu ÖLDÜRDÜ

Türkiyədə İzmirin Konak rayonunda borc üstündə mübahisə edən Hakkı Kaya (31) dostu Abdurrahman Bozkurtu (30) bıçaqlayaraq öldürüb.

Medianews.az xəbər verir ki, hadisə ötən gün, səhər saatlarında baş verib.

Hər iki şəxs borc məsələsinə görə küçədə mübahisə edib. Mübahisə tezliklə davaya çevrilib. Kaya Bozqurtu bıçaqla yaralayaraq qaçıb. Ətrafdakıların xəbəri üzərinə əraziyə sağlamlıq və polis qrupları sövq edilib.

Səhiyyə işçilərinin müdaxiləsindən sonra Bozkurt xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hakkı Kaya polisə verdiyi ifadəsində Abdurrahman Bozkurtla dost olduğunu və cinayəti borc məsələsinə görə törətdiyini bildirib.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən Kaya həbs edilib.

Qeyd edək ki, evli və bir uşaq atası olan Abdurrahman Bozkurt telefon satışı ilə məşğul idi.

Medianews.az

Избранный
14
1
medianews.az

2Источники