Kremlin mətbuat katibi bildirib ki, Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
Rusiya prezidenti Vladimir Putin “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
Operativ Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya prezidentinin AZAL-ın təyyarə qəzası ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmadığını qeyd edib.