RU

ABŞ Rusiyanın biznes aktivlərini axtaran işçi qrupunu ləğv edib

ABŞ-nin baş prokuroru Pam Bondi rusiyalı sahibkarların aktivlərinin müəyyənləşdirilməsi ilə məşğul olan KleptoCapture qrupunu ləğv edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Reuters”agentliyi Bondi-nin memorandumuna istinadən məlumat yayıb.

Sənəddə qeyd olunub ki, qrupun hesabat verdiyi ABŞ Ədliyyə Nazirliyi indi beynəlxalq cinayət və narkotik kartelləri ilə mübarizəyə diqqət yetirəcək.

"Bu siyasət düşüncə və yanaşmada əsaslı dəyişiklik tələb edir", -deyə baş prokuror bildirib.

Qərar 90 gün ərzində qüvvədə olacaq. Sonra uzadıla və ya daimi edilə bilər.

Aylin
XəzərNews.az







Xəbər 1 dəfə oxunub.
Избранный
26
xezernews.az

1Источники