RU

DİM-də təlim: “Dövlət qulluğunda səriştə modelinin tətbiqi”

6-7 fevral 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Zinyət Əmirova və həmin sektorun məsləhətçisi Cavid Əliyev tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Dövlət qulluğunda səriştə modelinin tətbiqi” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı səriştə və səriştə modeli nədir, səriştə modelinin dövlət qulluğunda tətbiqinin əhəmiyyəti və çətinlikləri, yeni səriştə modelinin klasterləri, liderlik klasteri, nəticə yönümlülük klasteri, başqaları ilə iş klasteri, vətəndaşlara xidmət klasteri, ümumi səriştələrin qiymətləndirilməsi üzrə alətlər, situasiya mühakimə testləri, tarixi və statistik göstəricilər, yazılı və video formatlı situasiya mühakimə testləri ilə qrup işi, səriştə əsaslı müsahibələr (star metodu), səriştə əsaslı müsahibələrə dair qrup işi, 360 dərəcə qiymətləndirməyə dair məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, səriştə modeli barədə müzakirələr edilib.

Избранный
24
azedu.az

1Источники