RU

“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair brifinq keçirib (FOTO)

Bakı. Trend:

“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair brifinqkeçirib.

Trend Rəqəmsalİnkişaf və Nəqaliyyat Nazirliyinə istinadən xəbər verir ki,brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrininvəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzindəgördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumatverib.

O qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən,rəqəmsal həllər sahəsində də inkişaf etməyi hədəfləyən “Azərpoçt”2024-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərəkistifadəyə verib.

Belə ki, qurum 2024-cü ildə fiziki şəxslər üçün “AzPostMobile”tətbiqini, hüquqi şəxslər üçün İnternet bankçılıq xidmətini, kiçikvə orta sahibkarlar üçün isə “Mobil POS” xidmətini istifadəyəverib. Sadalanan rəqəmsal həllər öz istifadəçilərinin işini onlaynşəkildə sürətli və rahat icra etməyə imkan yaratmaqla yanaşı,xidmətin keyfiyyətinin də yüksəlməsinə səbəb olur.

Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edibki, 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında mütəmadi olaraq yenidənqurma işləri aparılır. Belə ki,2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsiyaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçtxidmətləri təqdim olunub. 2023-cü ildə Xankəndi Poçt Filialınınyaradılması, 2024-cü ildə isə tam istifadəyə verilməsi başa çatıb.Bu yaxınlarda isə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinindaxilində AZ5800 indeksli Şuşa Poçt Filialı istifadəyə verilib.

Maliyyə göstəriciləri barədə məlumat verən İ.Mustafayev bildiribki, qurumun 2024-cü il üzrə illik gəliri 73.5 milyon manat təşkiledib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 2% çoxdur. Keçənil üzrə xalis mənfəət 4.5 milyon manat, EBİTDA isə 9.9 milyon manatolub. Artıq son 3 ildir ki, cəmiyyət ili xalis mənfəətlə başa vururvə maliyyə dayanıqlılığını təmin edir.

Qurum rəhbəri “Azərpoçt”un 2024-cü ildə beynəlxalqəməkdaşlıqlara da xüsusi önəm verdiyini qeyd edib. Belə ki,“Azərpoçt” təcrübə mübadiləsi və inkişaf etmək məqsədilə bir sırabeynəlxalq və regional müstəvilərdə işgüzar görüş və forumlardaiştirak edib, beynəlxalq filateliya sərgilərində təmsil olunub. Buyaxınlarda Bakıda Ümumdünya Poçt İttifaqı tərəfindən keçirilənAvropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Qabaqcıl ElektronMəlumatlar üzrə tədbirin təşəbbüskarı kimi çıxış edən “Azərpoçt”may ayında Bakıda keçiriləcək növbəti qlobal miqyaslı poçtsektorunda “Liderlərin görüşü” tədbiri haqqında da anons verib.

Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri“Azərpoçt” tərəfindən son 3 ildə başladılmış yenilənməproseslərinin, eləcə də yaradılmış yeni xidmətlərin təkmilləşməişlərinin bundan sonra da davam etdiriləcəyini, eləcə də 2026 –2030-cu illər üzrə yeni inkişaf strategiyasının hazırlanacağınıqeyd edib.

“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
Избранный
77
7
az.trend.az

8Источники