RU

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevin nəşinin qalıqları dəfn edilib

Bakı, TurkicWorld

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Quliyev Müşfiq İbrahim oğlunun nəşinin qalıqları dəfn edilib.

Quliyev Muşfiq İbrahim oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Cəbrayılın Mahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Müşfiq Quliyevin nəşinin qalıqları işğaldan azad olunan doğma yurdu Cəbrayılın Horovlu kəndində torpağa tapşırılıb.

TurkicWorld xəbər verir ki, şəhid Müşfiq Quliyevin nəşi doğulub boya-başa çatdığı Horovlu kəndinə gətirilib.

Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Избранный
63
2
turkic.world

3Источники