RU

ABŞ-da səhiyyə nazirliyində çalışan minlərlə işçinin ixtisara düşə biləcəyi iddia edilib

ABŞ-da səhiyyə nazirliyində çalışan minlərlə işçinin ixtisara düşə biləcəyi iddia edilib

ABŞ prezidenti Donald Tramp administrasiyasının Səhiyyə və İnsan Xidmətləri Departamentində (HHS) çalışan minlərlə işçini ixtisar etmək üçün fərman üzərində işlədiyi iddia edilib."The Wall Street Journal" (WSJ) səhiyyə nazirliyi ilə bağlı məsələdən xəbəri olan şəxslərin səsləndirdiyi iddialar barədə məlumat yayıb.İddialarda Tramp administrasiyasının səhiyyə nazirliyinin minlərlə əməkdaşının işinə son qoyacaq fərman üzərində işlədiyi bildirilib.Gələn həftə veriləcəyi deyilən fərmanın ABŞ Qida və Dərman Administrasiyasının (FDA), eləcə də ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) əməkdaşlarına təsir edəcəyi iddia edilib.Sözügedən fərmanın təfərrüatlarının dəqiqləşdirilmədiyi bildirilsə də, administrasiyanın fərmandan imtina edə biləcəyi də bildirilib.Digər tərəfdən, Ağ Ev dünən HHS ilə bağlı fərmanın veriləcəyi ilə bağlı iddiaları təkzib edib.

Избранный
63
1
afn.az

2Источники