Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamın əsasən, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.1news.az nazir vəzifəsinə təyin olunan Anar Əliyevin dosyesini təqdim edir: 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirib. 2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. O, 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi olub. 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib. 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub; 2018-ci ildə nazirin əmri ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirliyin aparatının rəhbəri təyin edilib Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində faəliyyətini davam etdirib. 7 fevral 2025-сi il tarixli sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.