RU

Nazir təyin olunan Anar Əliyev kimdir? - DOSYE

Nazir
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamın əsasən, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 1news.az nazir vəzifəsinə təyin olunan Anar Əliyevin dosyesini təqdim edir:
1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirib. 2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. O, 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi olub. 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib. 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub; 2018-ci ildə nazirin əmri ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirliyin aparatının rəhbəri təyin edilib Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində faəliyyətini davam etdirib. 7 fevral 2025-сi il tarixli sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Evlidir, 2 övladı var.

Избранный
22
40
1news.az

10Источники