RU

Azərbaycanın Ukraynaya yardımı rusları qəzəbləndirdi

Azərbaycandan olan oliqarxlar Rusiya cəmiyyətində kök salıblar. Tarixi vətəninə bağlı olan istənilən etnik biznesin kökü kəsilməlidir. O, azərbaycanlı oliqarxlara qarşı sanksiyalarla mübarizə aparmağı təklif edib.

XəzərNews.az xəbər verir ki, bu sözləri qondarma Donetsk Xalq Respublikasının (DXR) birinci dövlət təhlükəsizliyi naziri Andrey Pinçuk Bakının Ukraynaya yardımını şərh edərkən deyib.

Pinçuk vurğulayıb ki, Azərbaycan Rusiyanın hücum etdiyi enerji obyektlərinin bərpası üçün Ukraynaya pul köçürüb.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.

Xəbər 3 dəfə oxunub.
Избранный
26
xezernews.az

1Источники