Ermənistan səfiri isə, Yerevanın regionda sülh və sabitliyi təmin etmək üçün göstərdiyi səyləri təqdim edib və bu kontekstdə İranla əməkdaşlığın dərinləşdirilməsinin Ermənistan üçün vacib olduğunu bildirib.
Xatırladaq ki, 6 fevralda İranın səfiri Məhdi Sobhani Ermənistan və İran arasında hərtərəfli strateji sənəd üzərində işlənildiyini açıqlamışdı. O eyni zamanda, Tehran tərəfindən Cənubi Qafqazda yeni eskalasiyanın qarşısının alınması üçün bütün səylərin göstəriləcəyini bildirib, amma hansı konkret addımların atılacağı barədə məlumat verməyib. İranın yüksək səviyyəli rəsmiləri dəfələrlə regionda sərhədlərin dəyişdirilməsinə qarşı olduqlarını bəyan ediblər. Bu xüsusda, Azərbaycanın və Türkiyənin Sünik bölgəsindən keçən eksterritorial dəhliz tələbləri, İran tərəfindən qəbul edilməyən və qarşısı alınmağa çalışılan bir ssenaridir.