RU

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub - FOTO

Bakıda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb.

Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alıblar.

Sonda qaliblərin mükafatlandırma mərasimi təşkil olunub. Yer tutanlar medal və diplomlarla təltif olunublar.

İdman.biz

Избранный
62
idman.biz

1Источники