RU

Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı– ancaq bir problem var...

Image

Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verən Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Putinlə görüşməyə hazır olduğunu deyib.

O, bildirib ki, həm ABŞ, həm prezident Tramp, həm də Aİ ölkələri hesab edir ki, Rusiyasız, Putinsiz diplomatiya mümkün deyil. 

“Ona görə də bu müharibənin bizim üçün necə bitəcəyi ilə bağlı razılığa gələ bilsək Putinlə görüşməyə hazıram. Biz diplomatiyaya hazırıq, mənim bununla bağlı problemim yoxdur. Problem ondadır ki, mənə elə gəlir Putin, prinsipcə, mənimlə müharibəni bitirmək barədə danışmaqdan qorxur. Ancaq mən yenə də düşünürəm ki, Tramp onu müharibəni bitirməyə məcbur edə bilər", - Zelenski deyib. dedi.

TAHİR





Избранный
30
baki-xeber.com

1Источники