RU

Şəhidimiz son mənzilə Yevlaxda belə uğurlandı - FOTOLAR

Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilib.

AzNews.az-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının,idarə, müəssisə və təşkilatlarının rəhbərləri,kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Şəhid Tərlan Məmmədov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunub, Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Şanlı üçrəngli Bayrağımız şəhidin anası Rəfiqə Bayramovaya təqdim edilib.

Избранный
45
aznews.az

1Источники