1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Elm və Təhsil Nazirliyində yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ç.Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan əvvəl nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.