RU

Qışda qalxanabənzər vəzin iltihabına diqqət yetirin

Qışda qalxanabənzər vəzin iltihabına

Qış mövsümündə havaların tez-tez dəyişməsi qalxanabənzər vəzin iltihabına səbəb ola bilər. Bu vəziyyət boyunda ağrılar, udma çətinliyi, hərarət və halsızlıq kimi əlamətlərlə özünü göstərir.

Emlakbazari.az

E-saglam.az bildirir ki, mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında tədbir görülməsə, iltihab qalıcı zədələrə səbəb ola bilər. Xüsusilə qadınlarda kişilərə nisbətən beş qat daha çox rast gəlinir.

İnfeksiyalar səbəbindən yaranan bu problem tiroid hormonlarının qəfil artmasına və maddələr mübadiləsinin pozulmasına yol aça bilər. Nəticədə, əllərin titrəməsi, həddindən artıq tərləmə və arıqlama kimi əlamətlər ortaya çıxa bilər.

Müalicə olunmayan qalxanabənzər vəzi iltihabı bəzi hallarda hipotiroidizmlə nəticələnir. Bu, ömür boyu tiroid hormon terapiyasına ehtiyac yarada bilər.

Sağlam qidalanma və güclü immun sisteminə sahib olmaq infeksiyalardan qorunmaq üçün vacibdir. Yuxu rejiminə riayət etmək və müntəzəm idman etmək də bədənin müqavimətini artırır.

Həddindən artıq yod qəbul etməkdən çəkinmək və endokrinoloq müayinəsindən keçmək tövsiyə olunur. Xəstəliyin erkən diaqnozu və düzgün müalicəsi simptomların uzunmüddətli davam etməsinin qarşısını alır.

Əgər xəstəlik düzgün müalicə edilməzsə, aylarla davam edən şikayətlər insanın həyat keyfiyyətini aşağı sala bilər. Bu səbəbdən, mütəmadi həkim nəzarətində olmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
14
e-saglam.az

1Источники