RU

Pxenyan qüvvələrini geri çəkib?

Rusiya itkilərdən sonra Şimali Koreya əsgərlərini cəbhədən çıxarıb. Bu iddia Pxenyanın Ukrayna cəbhəsinə göndərdiyi əsgərlər uzun müddət döyüş meydanında görünməyəndən sonra meydana gəlib.

Amerikanın “New York Times” qəzeti də yanvarın 30-da ABŞ və Ukrayna mənbələrinə istinadən Şimali Koreya əsgərlərinin cəbhədə döyüşləri dayandırdığını yazmışdı.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti bu iddiaları təsdiqləyərək, Şimali Koreya əsgərlərinin yanvarın ortalarında cəbhədən geri çəkildiyini iddia edib. İddialara görə, Seul bu müharibədə 300 əsgərinin itirib, 2700-ə yaxın yaralı var.

Kəşfiyyat rəsmiləri bu rəqəmlərə istinad edərək, Kremlin Şimali Koreya hərbçilərinin ağır itkilərə görə Kurskdan çıxardığını bildirib: “Yanvarın ortalarından bəri Rusiyanın Kursk bölgəsində yerləşən Şimali Koreya qoşunlarının döyüş əməliyyatları aparması ilə bağlı heç bir əlamət yoxdur”.

Ukrayna və Qərb rəsmilərinin məlumatına görə, Şimali Koreya Ukrayna cəbhəsində Rusiya ordusu ilə yanaşı döyüşmək üçün 11 min əsgər göndəribmiş.

Cənubi Koreyanın hakim Xalq Gücü Partiyasından (PPP) millət vəkili Li Sung-kyun da Pxenyanın əsgərlərə ölümünə döyüşməyi əmr etdiyini qeyd edib: “Ölən əsgərlərin üzərində tapılan qeydlər Şimali Koreya rəsmilərinin döyüşçülərə əsir düşməmişdən əvvəl intihar etmələri və ya özlərini partlatmaq üçün təzyiq göstərdiyini göstərir”.

Ukrayna iki Şimali Koreya əsgərinin əsir düşdüyünü açıqlayıb. Ukrayna lideri Vladimir Zelenski bu əsgərləri Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərlə dəyişdirə biləcəklərini bildirib.

Избранный
21
vaxt.az

1Источники