RU

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub

Bakıda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb.

Kişilər arasında Məhəmmədəli Əliyev, qadınların yarışında isə Yaylagül Ramazanova bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.

Sonda qaliblərin mükafatlandırma mərasimi təşkil olunub. Yer tutanlar medal və diplomlarla təltif olunublar.

Kişilər

1. Məhəmmədəli Əliyev

2. Əhməd Hüseynov

3. Roman Venqerov

Qadınlar

1. Yaylagül Ramazanova

2. Fatimə Hüseynli

3. Svetlana Simonova

Yenyietmə qızlar

1. Sümeyya Bədəlli

2. Zəhra Carçılı

3. Dəniz Hüseynli

Yeniyetmə oğlanlar

1. Zahid Kazımzadə

2. Anar Cavadzadə

3. Sərdar Vəliyev

Gənc qızlar

1. Nülufər Ağaməmmədli

2. Leyla Əfəndiyeva

3. Leyla Məmmədli

Gənc qızlar

1. Məhəmməd İsmayılov

2. Cəmil Novruzov

3. Ümid Nağıyev

Избранный
50
90deqiqe.az

1Источники