RU

Britaniya bütün dünyada "iCloud" istifadəçilərinin məlumatlarına giriş tələb edir

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi "Apple"dan dünya üzrə istifadəçilər tərəfindən "iCloud" buluduna yüklənmiş bütün məlumatlara çıxış imkanı verəcək "arxa qapı" yaratmağı tələb edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) məlumat yayıb.

Mənbənin sözlərinə görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi "Apple"a “Texniki İmkanlar Bildirişi” göndərərək şirkətə şifrələnmiş "iCloud" istifadəçi məlumatlarına çıxışı təmin etməyi tapşırıb.

Hesab olunur ki, "Apple" istifadəçilərin məlumatlarının təhlükəsizliyini qorumaq üçün verdiyi vədləri pozmamaq üçün Böyük Britaniyada bulud yaddaşının şifrələnməsini sadəcə olaraq ləğv edəcək.

"Apple" və Britaniya Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.

Yanvar ayında Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) "Google" və "Apple" tərəfindən təqdim edilən mobil əməliyyat sistemləri, tətbiq mağazaları və brauzerlər haqqında araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi hər iki şirkətin öz fəaliyyətlərini tənzimləmək üçün fərdi tövsiyələr tələb edib-etmədiyini müəyyən etməkdir.

Paşa Məmmədli

Избранный
43
valyuta.az

1Источники