Maraqlıdı ki, adətən, belə oyunlarda fəallıq göstərən Azərbaycan Azarkeşlər Birliyini (AAB) tribunalarda görmədik. Bunun səbəbini qurumun yaradıcısı Atanur Cəfərlidən soruşduq. Onun “Football-plus.az”a cavabı:
“Mən üç ildi “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin sədriyəm. Orda olmamağımız Gənclər həftəsi ilə bağlı bir sıra tədbirlərdə iştirak etməyimiz oldu. Yalnız azarkeş qrupu yox, İctimai Birlik kimi fəaliyyət göstərdiyimiz üçün fəaliyyət sahəmiz genişlənib. Ona görə hər idman tədbirində iştirakımız, təəssüf ki, alınmır”.
ƏSƏD SEYİDOV