RU

Frenki de Yonq Premyer Liqaya keçə bilər

Bakı. Trend:

"Barselona"nın kapitanı Frenki de Yonq karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend xəbər verirki, "Liverpul" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir.Bu barədə "Daily Express" məlumat yayıb.

Mənbəyə görə, "Liverpul" 27 yaşlı futbolçunu yayda heyətinəqatmağı planlaşdırır. Bundan əlavə, onunla "Mançester Yunayted" dəmaraqlanır.

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında"Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsümKataloniya klubunun heyətində 22 rəsmi matçda 2 qol və 1 məhsuldarötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2026-cı ilin yayına qədərqüvvədədir.

Избранный
15
az.trend.az

1Источники