RU

Şoltsun dövründə Almaniyanın silah ixracı 65% artıb

Almaniyanın hazırkı kansleri Olaf Şoltsun hökuməti sələfi Angela Merkelin dövründəkindən 65% çox, təxminən 39 milyard avro dəyərində silah ixracını təsdiqləyib.

APA xəbər verir ki, bu məlumatı Almaniyanın İqtisadiyyat Nazirliyinə istinadən “Deutschlandfunk” radiosu yayıb.

“2021-ci ilin oktyabrından 2024-cü ilin dekabrına qədər təxminən 39 milyard avro dəyərində ixrac təsdiqlənib. Əvvəlki hökumətin dövründə (2018-2021) bu rəqəm 23,6 milyard avro olub. Aİ-dən kənar ölkələrə silah tədarükü əhəmiyyətli dərəcədə artaraq 10,8 milyard avrodan 25,5 milyard avroya yüksəlib. Bu həcmin əhəmiyyətli bir hissəsi isə Ukraynaya ixrac olunub.”, - məlumatda bildirilir.

Избранный
39
apa.az

1Источники