RU

Rusiyada sərnişin təyyarəsi buğda tarlasında hissələrə doğrandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada "Ural Hava Yolları"na məxsus "Airbus A320" təyyarəsi Novosibirsk (Rusiya) yaxınlığındakı buğda tarlasında hissələrə doğranıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Shot" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, sökülmə işləri 2023-cü ilin sentyabrında məcburi eniş etdikdən il yarım sonra - bu gün başa çatıb. İstifadəyə yararlı olan hissələr təyinatı üzrə istifadə ediləcək, ciddi zədələnmiş hissələr isə utilizasiyaya göndəriləcək.
İlkin olaraq təyyarənin bərpası planlaşdırılırdı, lakin daşınma çətinlikləri səbəbindən bu, iqtisadi cəhətdən səmərəsiz hesab edilib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də Soçidən Omska uçan təyyarə hidravlik sistemin nasazlığı ilə üzləşib və yanacaq çatışmazlığı səbəbindən tarlaya eniş edib. Təyyarədə 23 uşaq da daxil olmaqla 170 sərnişin olub, xəsarət alan olmayıb; sərnişinlər müstəqil təxliyə olunublar və sığorta şirkəti onların hər birinə 100 min rubl (təxminən 1750 manat) ödəyib.
Избранный
87
1
oxu.az

10Источники