PSJ Fransa Liqa 1-in 21-ci turunda "Monako" ilə üz-üzə gəlib.
QOL.az xəbər verir ki, Paris təmsilçisi görüşdə 4:1 hesablı qələbə qazanıb.
Matçda komandanın qış transferi olan Xviça Kvaratsxeliya da qol vurub. Bu, onun PSJ-də ilk qolu olub.
Hazırda turnir cədvəlində PSJ 53 xalla 1-ci, "Monako" isə 37 xalla 3-cüdür.
PSJ – "Monako" - 4:1
Qollar: Vitinya, 6, Kvaratsxeliya, 54, Dembele, 57, 90 – Zakariya, 17