RU

Türkiyədə biri boz kateqoriyada olan iki terrorçu saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Edirnenin Meriç rayonunda keçirilən "Gürz-45" əməliyyatı çərçivəsində biri boz kateqoriyada olmaqla, iki terrorçunun saxlanıldığını açıqlayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, nazir sosial media hesabında paylaşım edərək, PKK/KCK terror təşkilatının üzvləri Bülent Taşer və Leyla Hüşenqin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını bildirib.

Yerlikaya qeyd edib ki, boz kateqoriyada yer alan Bülent Taşerin 2008-ci ildə Bitlis-Sehi, Batman-Sason və Kozluk kəndlərində terror fəaliyyətlərində iştirak etdiyi, Bitlis-Mərkəzdə uzaqdan idarə olunan PUA hücumunun icraçılarından biri olduğu,18 may 2012-ci ildə Bitlis/Mərkəz Yukarıdölek kəndi ərazisində olduğu və 23 iyun 2012-ci ildə Bitlis-Tatvan yolunda Rahva Trafik Nəzarət Məntəqəsinə raket hücumu təşkil etdiyi müəyyən edilib.

Nazir əməliyyatda iştirak edən təhlükəsizlik qüvvələrini təbrik edərək, "Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək!" mesajını verib.

Избранный
33
turkic.world

1Источники