RU

Quba-Xaçmaz bölgəsində bu qədər məktəb TİKİLƏCƏK

Yeni məktəblərin tikilib istifadəyə verilməsi daha çox şagirdə təhsil alma imkanı yaratmış olur.  Bu, xüsusilə əhalinin sıx yaşayan bölgələrində uşaqların daha yaxşı təhsil şəraitinə yiyələnməsinə müsbət təsir göstərir.

 

Bəs, görəsən bu il Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən neçə ümumtəhsil müəssisəsi üçün yeni bina tikilməsi nəzərdə tutulur? Həmçinin, 2024-2025-ci tədris ilində neçə təhsil müəssisəsində təmir işləri aparılacaq?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdən biridir:

 

"Belə ki, idarənin tabeliyində olan Quba rayonu, Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb, Qusar rayonu, Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb, Cibir rayonu üçün 264 şagird yerlik məktəb və Şabran rayonu, Ağalıq kəndində 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi davam edir.

 

Qeyd edək ki, son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, 5 modul tipli məktəb istifadəyə verilib. 7 məktəb binası isə sökülərək yenidən tikilib",-deyə idarədən məlumat verilib.

Избранный
19
1
azedu.az

2Источники