RU

Obamanı terrorçu ilə səhv saldılar

CNN telekanalı canlı yayım vaxtı keçmiş ABŞ prezidenti Barak Obamanı terrorçu Usama bin Ladenlə səhv salıb.

Azreform.info  Trend-ə istinadən bildirir ki, verilişlərdən birinin yayımı zamanı telekanal qanunsuz miqrantların Quantanamoya yerləşdirilməsi ilə bağlı sujet göstərib. Sujetdə Bin Ladenin yaxın müttəfiqi Əbu Zubeydədən söz gedəndə, ekranda "Obama Bin Ladenin müttəfiqi Əbu Zubeydə" titri peyda olub.

Telekanal bu səhvi şərh etməsə də, bu texniki xəta sosial şəbəkələrdə böyük əks-səda doğurub, bəziləri hətta redaktorların qəsdən belə titr efirə verdiklərini iddia edib.

Избранный
15
6
azreform.info

7Источники