RU

Sabah HƏMAS üç israilli əsiri azad edəcək

Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli əsiri azad etmək niyyətində olduğunu açıqlayıb.

7Times.az xəbər verir ki, onların arasında Almaniya vətəndaşı Ohad Ben-Ami də var.

Bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə yayıb.

“İsrail ilə girovların mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şarabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, – Əbu Ubayda teleqram kanalında yazıb.

Избранный
71
50
7times.az

10Источники