RU

Sevil Mikayılova və Soltan Məmmədov BMT-də keçiriləcək parlament dinləmələrində iştirak edəcəklər

Bakı. Trend:

Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və MilliMəclisin deputatı Soltan Məmmədov Parlament Sədrlərinin 6-cı DünyaKonfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ciSammitinin təşkilat komitələrinin iclaslarında və BMT-dəkeçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

Trend xəbərverir ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının TəşkilatKomitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək,konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannaməlayihəsi müzakirə ediləcəkdir.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin TəşkilatKomitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasınhesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaqvə onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaqmövzular razılaşdırılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarasıİttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə“Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi:Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin BaşQərargahında keçiriləcək parlament dinləmələrində də iştirakedəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlərdaxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədəDayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağınyolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolubarədə fikir mübadiləsi aparılacaqdır.

Deputatların Nyu-Yorka səfəri fevralın 16-da başa çatacaq.

Избранный
109
19
az.trend.az

10Источники