RU

Ərdəbildə azərbaycanlı hüquqşünasın posterləri yapışdırıldı

Bir qrup azərbaycanlı fəal Güney Azərbaycanın Ərdəbil şəhərində molla rejimin həbs etdiyi azərbaycanlı vəkilə azadlıq tələb ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə GADTB məlumat yayb.

Azərbaycanlı fəalar bu məqsədlə Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycandan olan vəkil Seyid Məhəmmədrza Fəqihinin şəkilləri olan posterlər çap edərək ictimai yerlərə yapışdırıblar.

Onlar haqsız yerə həbsə məhkum edilən vəkilə dəstək olub, ona azadlıq tələb ediblər.
Qeyd edək ki, azərbaycanlı vəkil bir müddət öncə saxlanılaraq 5 illik həbs cəzasını çəkmək üçün Evin zindanına yerləşdirilib.




Xəbər 6 dəfə oxunub.
Избранный
6
xezernews.az

1Источники