RU

"Toyota" maşınlarında xəta aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Toyota" şirkəti 140 mindən çox avtomobilini geri çağırmaq qərarına gəlib.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, qərar "Toyota" və "Lexus" markalarını əhatə edir.
Şirkətdən verilən məlumata görə, geriçağırılma iki fərqli istehsal xətasından qaynaqlanır və bəzi modellərdə potensial təhlükəsizlik riskini ehtiva edir.
Belə ki, "Toyota Tacoma 4×4" modellərində maşınların arxa əyləc şlanqlarının və "Toyota Camry", "Lexus RX" modellərində isə təhlükəsizlik kəmərlərinin istehsal əsnasında zədələnmiş ola biləcəyi ehtimal edilir.
Şirkət sözügedən avtomobil sahiblərini 2025-ci ilin aprelinə qədər məlumatlandıracağını bəyan edib. Çağırılan avtomobillərin yoxlanılması və ehtiyat hissələrinin dəyişdirilməsi pulsuz aparılacaq.
Избранный
69
50
oxu.az

10Источники