RU

Gəncədə ağır qəza - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Əttarlar küçəsində baş verib.
 

Hərəkətdə olan Hyundai və BMV X 5 markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


Qəza yerinə DYP əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
6
23
bizim.media

10Источники