“Liverpul”un baş məşqçisi Arne Slot çalışdırdığı “qırmızlar”ın mövsüm irəlilədikcə daha da güclənməsinin səbəbini izah edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Məncə, güclənməyimizin iki səbəbi var. Birincisi, mütəmadi surətdə birlikdə oynadıqca, sizdən nə gözlənildiyini daha yaxşı başa düşürsünüz. İkincisi, mən inanıram ki, bu qədər çox oyun oynadıqca, bir qədər də daha güclü olursan, o cümlədən fiziki cəhətdən. Bəzi insanlar, çox oynadıqca yorulduğunuzu düşünürlər, amma mən düşünürəm ki, daha çox oyun, sizi daha da güclü edir”, deyə Arne Slot vurğulayıb.
23 oyundan 56 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb.