RU

HƏMAS 3 israilli məhbusu Qırmızı Xaça təhvil verdi

Əsir mübadiləsinin beşinci turunda Qəzza zolağında olan israilli kişi əsirlər Eli Şərabi, Or Levi və Ohad Ben Ami Deyr əl-Bələh şəhərində Qırmızı Xaç qruplarına təhvil verilib.

Turkustan.az xəbər verir ki, məlum olub ki, məhbuslardan Ohad Ben Ami ikili Almaniya-İsrail vətəndaşıdır.

Azad edilən 3 israilli məhbusun müqabilində bu gün 183 fələstinli məhbus azadlığa buraxılacaq. Sözügedən 183 fələstinli məhbusdan 18-i ömürlük həbsə məhkum edilmiş, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzza zolağında saxlanılan şəxslərdir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники