RU

Şimali Koreya ilə danışıqları davam etdirəcəyik - Tramp

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In ilə yaxşı münasibətləri olduğunu və Koreya yarımadasında təhlükəsizlik və sabitliyi təmin etmək üçün səylərini davam etdirəcəyini bildirib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Ağ Evdə Yaponiyanın Baş naziri İşiba Şiqeru ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Tramp, ABŞ və Yaponiya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini və ticarət, iqtisadiyyat və müdafiə sahələrində əməkdaşlığın artacağını vurğulayıb.

Şimali Koreya ilə bağlı diplomatik səylərin davam edəcəyini bildirən Tramp,
"Biz Koreya yarımadasında təhlükəsizlik və sabitliyin təmin olunması üçün ilk səlahiyyət müddətimdə başladığım səylərə sadiqik." - deyə bildirib.

"Şimali Koreya ilə münasibətləri qoruyacağıq. Kim Çen Inla çox yaxşı anlaşdım və düşünürəm ki, vaxtında müharibəni dayandırdım. Əgər ilk seçkidə qalib gəlməsəydim, vəziyyət daha da pisləşə bilərdi. Mən onunla anlaşdım, o da mənimlə anlaşdı. Bu, yaxşı haldır." - deyə o, Kim Çen Inla qurduğu şəxsi əlaqələrin müharibənin qarşısını aldığını iddia edib.,

Yaponiyanın Baş naziri İşiba Şiqeru isə Koreya yarımadasında nüvə probleminin həllinin vacibliyini vurğulayıb.

Избранный
31
turkic.world

1Источники